"Made in Azerbaijan" loqosu üçün standartlar hazırlanır – Detallar

16:32 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Azpromo və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən "Made in Azerbaijan" loqosunun məhsulların üzərində istifadə qaydaları hazırlanır.

ABC.AZ xəbər verir ki, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn forumda Azpromo-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, sözügedən məsələ normativ hüquqi akta çevriləcək. "Düşünürük ki, bununla bağlı bütün meyarlara uyğun gələn şirkətlərə Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəyyən güzəştlər verilsin. Bu güzəştlər fərdi ola bilər, eyni zamanda, təklif olunan faiz dərəcəsi bir qədər aşağı endirilə bilər" deyə Y.Abdullayev vurğulayıb.

 

Вся лента