Ölənlər 40, yoluxma sayı 4 189 – Son sutkanın statistikası

15:58 - 3.12.2020


3 dekabr, Fineko/abc.az. Son sutkada daha 4 189 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 2 072 nəfər sağalaraq evə buraxılıb.

Bununla yanaşı analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234  nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.

 

Вся лента