Koronavirus xəstəsinin mağazada satıcı işlədiyi üzə çıxdı - Polis araşdırma aparır

14:17 - 4.12.2020


4 dekabr, Fineko/abc.az. Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən koronavirus testi müsbət çıxmış Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən R.Əliyeva satıcı kimi işlədiyi mağazada aşkarlanaraq yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Siyəzən RPŞ-də araşdırmalar aparılır.

 

Вся лента