Bağlanmış bankların əmanətçilərinə ödənilən məbləğ açıqlanıb

14:37 - 4.12.2020


4 dekabr, Fineko/abc.az. Dekabrın 3-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 954 əmanətçiyə 602,5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 3-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 228,97 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4510 əmanətçiyə 107,43 milyon manat, "NBC Bank" üzrə isə 4104 əmanətçiyə 121,54 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən dekabrın 3-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 373,52 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5701 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138,16 milyon manat, "Ata Bank" üzrə 9639 əmanətçiyə isə 235,36 milyon manat təşkil edib.

 

Вся лента