330x110
 

Bağlanmış banklarım əmanətçilərinə bu qədər kompensasiya ödənilib – Böyük məbləğ

07.12.2020,17:17


7 dekabr, Fineko/abc.az. Dekabrın 4-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 970 əmanətçiyə 604,47 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 4-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 230,18 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4513 əmanətçiyə 107,46 milyon manat, "NBC Bank" üzrə isə 4108 əmanətçiyə 122,72 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən dekabrın 4-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 374,29 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5706 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138,17 milyon manat, "Ata Bank" üzrə 9643 əmanətçiyə isə 236,12 milyon manat təşkil edib.