Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar ayında dövlət büdcəsinə 226 milyon manat köçürüb

16:04 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yanvar ayında dövlət büdcəsinə 226 milyon 088,3 min manat köçürüb.

DGK-in məlumatında deyildiyi kimi, yanvarda gömrük rüsumları üzrə 59 milyon 470,6 min manat köçürülmüşdür.

“Dövlət Gömrük Komitəsi xətti ilə ƏDV üzrə büdcəyə 157 milyon 018,9 min manat, aksiz vergisi üzrə  6 milyon 780,7 min manat, yol vergisi üzrə 2 milyon 818,1 min manat köçürülmüşdür”, - məlumatda belə deyilir.

Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2 milyard 608 milyon manat köçürmüşdür.

 

 

Вся лента