VTB (Azərbaycan) müştərilərinə Megogo kinoservisinə pulsuz abunəlik təqdim edir

16:32 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Yeni aksiya çərçivəsində bank VTB (Azərbaycan)-ın müştəriləri ay ərzində Megogo kinoservisində filmləri pulsuz izləyə biləcək. Bunun üçün onlara Facebook Messenger və ya WhatsApp çat-bank Direct vasitəsi ilə 1 manatdan başlayan üç tranzaksiya həyata keçirmək kifayətdir. Şərtlərə görə, iştirakçılar kartdan karta pul köçürə və ya 160-dan çox xidmət üzrə önlayn-ödəniş həyata keçirə bilər. Eləcə də Visa Direct Premium kart sahibləri ticarət məntəqələrində nağdsız ödəniş və ya onlayn alış-veriş edərək aksiyada iştirak edə bilərlər. Şərtlərə əməl etdikdə müştərilərə bank tərəfindən SMS vasitəsilə promo kod göndəriləcəkdir ki, bu da pulsuz abunəlik üçün istifadə olunur. Aksiya 08 yanvar 2021-ci il tarixinədək qüvvədədir. Aksiyalar haqqında əlavə məlumatı bankın saytından əldə etmək mümkündür.
Вся лента