“II Baku Shopping Festival”da iştirak üçün 578 mağaza qeydiyyatdan keçib

14:31 - 12.10.2017


Bakıda 15 oktyabr tarixindən 15 noyabr tarixinə qədər növbəti, ikinci ticarət festivalı (II Baku Shopping Festival) keçiriləcək.

Festivala həsr olunmuş mətbuat konfransında  Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, ikinci festival, birincidən nəinki mövsümi göstərici ilə fərqlənəcək, həmçinin ölkəyə turist axınının stimullaşdırılmasına xidmət edəcək.

“Birinci festivalda iştirak üçün 467, ikincidə isə artıq 578 mağaza qeydiyyatdan keçib”, - deyərək nazir bildirib.

Вся лента