“SOCAR AQŞ” ilə Banqladeşin “BAPEX” şirkəti arasında Anlaşma Memorandumu imzalandı

20.02.2018,12:30


20 fevral, Fineko/abc.az. “SOCAR AQŞ” şirkətinin baş direktoru Ramin İsayev  Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin Baş katibi  Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-in məlumatında deyilənə əsasən, görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanmışdır.

“Memorandumu Baş direktorun Əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin Baş meneceri İslam Muhəmməd Novşad imzalamışlar”, - deyə məlumatda bildirilir.

“SOCAR-AQŞ”, “BAPEX” şirkətinin elan etdiyi, Banqladeş Xalq Respublikasının‘’Semutang-Cənub-1’’, ‘’Begumganj-4’’ və ‘’Madarganj-1’’ qaz yataqlarında qazma və quyu tikintisi xidmətləri üzrə beynəlxalq tenderdə qalib olmuşdur. “SOCAR-AQŞ” şirkəti iki kəşfiyyat quyusu və bir qiymətləndirmə quyusu qazacaq.

 

Ключевые слова: BAPEX SOCAR AQŞ