“AirBaltic” Riqa-Bakı-Riqa mövsümi uçuşları bərpa edəcək

16:37 - 20.02.2018


20 fevral, Fineko/abc.az. “AirBaltic” aviaşirkəti, Riqa-Bakı-Riqa mövsümi uçuşları bərpa edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatında deyilir ki, mövsümi uçuşlar mayın 2-dən oktyabrın 25-nə qədər həyata keçiriləcək.

“Reyslər həftədə dörd dəfə (bazar ertəsi, çərşənbə, cümə axşamı və bazar günləri) müasir "Bombardier CS300" və "Boeing 737" təyyarələri ilə yerinə yetiriləcək”, - hava limanından belə xəbər verildi.

 

Вся лента