Bank Respublika Mobil Şöbə ilə “YAŞAT” fonduna ianə etmək imkanını yaratdı

15:54 - 15.12.2020


15 dekabr, Fineko/abc.az.  Bildiyiniz kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün, Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu  yaradıldı.

Hər zaman olduğu kimi dövlətimizin yanında olduğunu bəyan edən Bank Respiblika “YAŞAT” Fonduna 200 000 manat məbləğində vəsaiti köçürməyi özunə borc bildi.

Bununla yanaşı, Bank fonda dəstək olmaq istəyən müştəriləri üçün də imkan yaratdı. Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla “YAŞAT” Fonduna  köçürə biləcəklər. Köçürmə əməliyyatını ödəniş kartı və ya bank hesabı üzərindən yerinə yetirmək olar.

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar, sağlamlıq risklərini nəzərə alaraq, Bank Respublika müştərilərə onlayn xidmət kanalları vasitəsilə bank əməliyyatlarını həyata keçirmələrini tövsiyə edir. Bu məqsədlə Bank, fiziki şəxslər üçün – “Mobil Şöbə” və “İnternet Şöbə”, eləcə də hüquqi şəxslər üçün “İnternet Ofis” kimi bir sıra imkanlar təklif edir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Вся лента