Azərbaycan və Avstriya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya və əks istiqamətdə yük daşınması imkanını müzakirə etdilər

21.02.2018,11:02


21 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Vyanada Avstriya Dəmir Yolları"  Səhmdar Cəmiyyətinin baş direktoru  Andreas Matte ilə görüşüb.

ADY-in məlumatında deyildiyi kimi, görüşdə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya və əks istiqamətdə yük daşınması imkanı müzakirə olundu.

“Bu layihəyə, Mərkəzi Asiya ölkələri, o cümlədən, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, həmçinin Pakistan, Çin və Hindistan xüsusi maraq göstərib. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin növbəti birləşməsi ilə,  bu dəmir yol vasitəsilə, yük və sərnişinlər Asiyadan Avropaya və əks istiqamətdə maneəsiz hərəkət etmək imkanı əldə edirlər. Bu, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir”, - görüş zamanı Cavid Qurbanov bunu bildirib.

Öz növbəsində, A.Matte, Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən  işləri yüksək qiymətləndirib.

Məlumatda deyilir: “Görüş zamanı ikitərəfli əməkdaşlığı irəlidə daha da genişləndirilmək qərara alınıb”.

 

Ключевые слова: Dəmir Yolları