Hava şəraiti ilə bağlı Bakının əsas yollarında avtomobillərin hərəkət sürəti endirilib

11:15 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) güclü yağışla bağlı, paytaxtın əsas yollarında sürət həddinin azaldılması barədə xəbərdarlıq edir.

BNA-in məlumatında deyilir ki, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

“Sürət həddinin endirilməsində məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir”, - məlumatda belə deyilir.

 

Вся лента