Özbəkistan Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlıq haqqında razılıq imzaladılar

11:44 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Özbəkistan Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) əməkdaşlıq haqqında razılıq imzaladılar.

Ticarət və Sənaye Palatasının məlumatında deyildiyi kimi, hər iki tərəfin sahibkarlarının iştirakı ilə, işgüzar əməkdaşlığın inkişafı üçün əlavə stimul olacaq, həmçinin, birgə layihələrin həyata keçirilməsi məqsədilə xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq Özbəkistan-Azərbaycan Biznes Forumu və Kooperasiya Birjası  keçirilib.

“Bu tədbirin əsas məqsədi, iki ölkə sahibkarları arasında ticarət əlaqələrinin qurulmasına və genişlənməsinə, yeni birgə müəssisələrin sayının artmasına və ikitərəfli ticarət dövriyyəsinin artmasına dəstək göstərməkdən ibarətdir. Forumda, tekstil, neft və qaz sənayesi, nəşriyyat, çap, dərman preparatları, tibbi məhsullar, tikinti, restoran biznesi, ticarət, qablaşdırma, İKT kimi sahələrdə fəaliyyət göstərən iri Azərbaycan şirkətlərinin 20-dən çox nümayəndəsi, habelə, respublikanın bütün regionlarındakı  iri müəssisə və şirkətlərin 50-dən çox nümayəndəsi iştirak edib”, - məlumatda belə deyilir.

Həmçinin məlumatda qeyd edilir ki, tədbir zamanı, iki ölkə sahibkarları arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

İki  ölkənin sahibkarları üçün Kooperasiya Birjası təşkil edilmişdir. Birja, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, birgə müəssisələrin yaradılması və investisiya layihələrinin gerçəkləşdirilməsinə xidmət etmişdir.

Biznes forum çərçivəsində Özbəkistan Ticarət-Sənaye Palatası ilə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında Razılıq imzalanmışdır.

 

Вся лента