Özbəkistanda 11 Azərbaycan şirkəti fəaliyyət göstərir

21.02.2018,12:31


21 fevral, Fineko/abc.az. Özbəkistanın Ticarət və Sənaye Palatası Azərbaycandan olan iş adamlarının fəaliyyətinin statistikasını açıqlayıb.

Palatanın məlumatına görə, iki ölkə arasında ticarət əlaqələri azad ticarət rejimində həyata keçirilir və 2017-ci ildə ticarət dövriyyəsi 31,2 milyon dollar, o cümlədən ixrac - 26,2 milyon dollar, idxal - 4,9 milyon dollar təşkil edib.

“Özbəkistanda 84 Azərbaycan şirkəti fəaliyyət göstərir, onlardan 71 birgə müəssisə və 100%  xarici kapitalı olan 11 müəssisədir. Bu şirkətlərin əsas fəaliyyət istiqamətlərini, ticarət, maşınqayırma və metal emalı,  maliyyə və sığorta, daşınmaz əmlakla əməliyyatlar, energetika, xidmət sahəsi, zərgərlik məmulatlarının istehsalı və təmiri, qida sənayesi, yüngül sənaye təşkil edir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Özbəkistanın Xarici Ticarət Nazirliyində bir Azərbaycan şirkətinin nümayəndəliyi akkreditə  olunub,  Bakıda 2  Özbəkistan müəssisəsi yaradılıb. Bunlar,  “Uzbekiston xavo yullari” MAŞ-in nümayəndəliyi və   “Uzavtosanoat” DSŞ-in diler mərkəzi olan “Uzavto Bakı” MMC-dir.

 

Ключевые слова: Özbəkistan şirkət