Azərbaycanda sığorta sektorunun penetrasiyası genişləndiriləcək

12:57 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritələrinin icrası üzrə 2018-ci il üçün əməliyyat planı müzakirə olunub.

Palatadan verilən məlumata əsasən, müzakirələr zamanı, Palatanın icraçı direktoru İbrahim Alışov işçi qruplarının rəhbərlərinə təlimat verdi.

“İ.Alışov işçi qruplarının rəhbərlərinə sığorta sektorunda yeni alətlərin tətbiqinin təşviq edilməsi və bütövlükdə sığorta sektorunun penetrasiyasının genişləndirilməsi, maliyyə bazarları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və Bazel II-ə keçidlə bağlı planın hazırlanması, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib”, - məlumatda belə deyilir.

 

Вся лента