Vyanada “Strateji tərəfdaşlıq 1520: Mərkəzi Avropa” Beynəlxalq Dəmir Yolu Forumu işə başladı

14:57 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Vyanada “Strateji tərəfdaşlıq 1520: Mərkəzi Avropa” Beynəlxalq Dəmir Yolu Forumunun açılışı oldu. 

Forumun təşkilatçısı “Biznes Dialoq” şirkəti, əsas tərəfdaşları “ÖBB Holding” AG və “Rusiya Dəmir Yolları” ASC-dir.

Tədbirin əsas mövzusu, Şərq-Qərb marşrutu üzrə dəmir yolu tranzit xidmətinin sürətinin və keyfiyyətinin yaxşılaşdırılması imkanlarıdır. Biznes proqramı çərçivəsində beynəlxalq logistika, dəmir yol infrastrukturunun maliyyələşdirməsi və tikintisi, 1520 və 1435  texnoloji çalışma məsələlərinə toxunan bir sıra sessiyalar keçiriləcək.

Forumda 24 ölkədən gələn 250-dən çox nümayəndə iştirak edir, bunların arasında “geniş” və “dar” ölçülər dövlətlərin milli dəmir yolu şirkətlərinin, beynəlxalq profil və bank sektoru qurumlarının rəhbərləri iştirak edir.

“Strateji tərəfdaşlıq 1520”,  beynəlxalq nəqliyyat dəhlizlərinin bütöv infrastrukturun formalaşdırılması, sərnişin və yüklərin daşınması üçün maksimum dərəcədə rahat mühitin yaradılması, Avrasiya nəqliyyat bazarında oyunçuların səylərini koordinasiya etmək üçün nəzərdə tutulmuş beynəlxalq biznes forumudur.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in  sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti  Vyanada səfərdədir.

 

 

Вся лента