Azərbaycanda valyuta satışı üzrə bank əməliyyatları 418 milyon manat azalıb

15:41 - 21.02.2018


21 fevral, Fineko/abc.az. 2017-ci ilin yekununda  manatın dollara qarşı məzənnəsi 4% möhkəmlənmişdir, ilin ikinci rübündən isə manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olmuşdur.

Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinə dair icmalına  əsasən, 2017-ci ildə valyuta bazarının həcmi azalıb, çünki dollarla keçirilən əməliyyatlar 5,8%, avro ilə isə keçirilən əməliyyatlar 5,4% azalıb.

“Hesabat dövrü ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır”, - icmalda belə deyilir.

İcmalda qeyd edilmişdir ki, 2016-cı il ərzində 445,4 mln. dollar, 2017-ci ildə 26,5 mln. valyuta satılmışdır ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.

 

Вся лента