Azərbaycanın Ermənistan ilə dövlət sərhədində monitorinq keçirilib

15:42 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, monitorinq insidentsiz başa çatıb.

Azərbaycan tərəfindən monitorinqi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, həmçinin onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller  keçirdilər.

Ermənistan tərəfindən isə monitorinqi,  şəxsi nümayəndənin  səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirdilər.

 

Вся лента