Sahil Babayev: “Azərbaycanda biznes üçün hər cür şərait yaradılıb”

22.02.2018,10:34


Caspian European Club bu gün (21 fevral) Bakıda on birinci CEO Lunch Baku təşkil edib.

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahil Babayev CEO Lunch-da fəxri qonaq qismində iştirak edib.

Caspian European Club-un üzvləri ilə görüşdə çıxış edən Sahil Babayev biznesin problemlərinin müzakirəsi və onların həlli yollarının tapılması məqsədilə aktual meydanın yaradılmasında Klubun fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

"Azərbaycanın İqtisadiyyat Nazirliyi öz növbəsində özəl sektorla dövlət sektoru arasında əməkdaşlığın inkişafına hər cür yardım göstərməyə və bu işə öz töhvəsini verməyə çalışır, xüsusilə Azərbaycan məhsullarının xaricdə irəliləyişi məqsədilə dünyanın müxtəlif  ölkələrinin birgə sənaye-ticarət palataları çərçivəsində fəal iş həyata keçirilir, müxtəlif ixrac missiyaları, biznes-forumlar və digər tədbirlər təşkil edilir. Hazırda Azərbaycanda biznesin inkişafı üçün hər cür şərait yaradılıb”, - deyə Sahil Babayev çıxışına yekun vurub.

 Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev iştirak üçün hamıya minnətdarlıq edib və qonaqları Klubun faəliyyəti, gələcək planlar və nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırıb.

 Telman Əliyev CEO Lunch-ın bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”yə dəvət edib.

“Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı nəzərdə tutulur.

Forumun təşkilatçısı Gürcüstanın Caspian Energy Georgia şirkətidir.

Telman Əliyev Caspian European Club-un Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevdir.

Onun sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Tədbirdə həmçinin 2018-ci il yanvarın 26-da yaradılmış Caspian Asian Club-un baş icraçı direktoru Samir Hacıyev çıxış edib. Samir Hacıyev Caspian Asian Club-un fəaliyyətə başlaması Asiya ölkələrinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqunun inkişafı və fəallaşması üçün növbəti mərhələ olacağını vurğulayıb. “Regionlararası nəhəng layihələrin, eyni zamanda Xəzər-Qara dəniz regionu ölkələri ilə Asiya ölkələri arasında əməkdaşlığın inkişafı üçün əla fürsət ola biləcək “Bir kəmər, bir yol” nəqliyyat layihəsinin həyata keçirilməsi nöqteyi-nəzərindən Klubun yaradılması  aktual və vaxtında atılmış addımdır, - deyə o, çıxışına yekun vurub. 

Tədbirdə çıxış edən Tourism Committe-nin rəhbəri Elşən Rəhimov, Banking & Finance  Committee-nin rəhbəri Avni Dəmirçi və Education Committee-nin rəhbəri Səbinə Əliyeva cari fəaliyyət və qarşıya qoyulan məqsədlər barədə danışaraq vurğulayıblar ki, komitələrin mükəmməl işi üçün Klubun hər bir üzvünün fikri, təklifi və fəal iştirakı xüsusilə vacibdir.

Görüşün iştirakçıları üçün Klubun SOCAR Mathanol, Antaris və Mr. Fix kimi üzv-şirkətlərinin təqdimatı keçirilib. Tədbirdə 140-a yaxın biznesmen iştirak edib.

CEO Lunch Baku-da sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.

Caspian European Club-a daxil olan və buradakı iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialoqun tənzimlənməsi üçün aparıcı vasitələrdən biri olan CEO Lunch həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian Asian Club, Caspian American Forum, CEO, CEO Breakfast, CEO Brunch, CEO Lunch, CEO Party, CEO Cocktail, Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy Marketing, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Groupa məxsusdurlar.

 

Ключевые слова: CEO Lunch