Bu sahibkarları cərimələr gözləyir – Məbləğlər

10:30 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Azərbaycanda standartlara uyğun maska satmayan obyektlər və sahibkarları böyük cərimələr gözləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəyan edib.

Bildirilib ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

“İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur” deyə Xidmətdən bildirilib.

 

Вся лента