Vyanada “Strateji tərəfdaşlıq 1520: Mərkəzi Avropa” Biznes Forumu keçirilir

11:58 - 22.02.2018


22 fevral, Fineko/abc.az. 20-22 fevral 2018-ci il tarixində Vyanada “Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa”  biznes-forumu keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir ki,  tədbirdə dəmiryol, nəqliyyat, logistika şirkətləri, maşınqayırma müəssisələrinin rəhbərləri, habelə Azərbaycan və Rusiyanın müvafiq qurumları iştirak edirlər.

“Azərbaycanı yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda “Avrasiya və Yeni İpək Yolu: Bir-birinə doğru” layihələrinin ümumi müzakirəsi keçiriləcək. İştirakçılar burada Şərq-Qərb marşrutu üzrə dəmir yolu tranzitinin sürətini və keyfiyyətini artırma imkanlarını da nəzərdən keçirəcəklər. Həmçinin tədbirin ayrı-ayrı sessiyalarında beynəlxalq logistika problemləri, dəmir yolu infrastrukturunun maliyyələşdirilməsi və tikintisi, 1520 və 1435 izli dəmir yollarının texnoloji əlaqələndirilməsinin yaxşılaşdırılması məsələləri müzakirə olunur”, - məlumatda belə deyilir.

Forum çərçivəsində  əməkdaşlıq haqqında beynəlxalq sazişlərin imzalanması gözlənilir.

 

Вся лента