Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin qatarları iyun ayından hərəkət edəcək

13:01 - 22.02.2018


22 fevral, Fineko/abc.az. Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmaları iyun ayından başlana bilər.

Viyanada keçirilən Beynəlxalq Dəmir Yolları Biznes Forumu çərçivəsində “Strateji Tərəfdaşlıq 1520: Orta Avropa”  “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə bildirib ki, birinci mərhələdə sərnişin daşınmaları Türkiyənin Qars şəhərinə həyata keçiriləcək.

“Beynəlxalq daşınmaların başlanması üçün, yolun ölçüsünə aid bəzi texniki məsələlər həll edilməlidir. Bunun üçün artıq İsveçrənin “Stadler” şirkətinə müvafiq sifariş edilib”, - C.Qurbanov belə deyib.

 

 

Вся лента