Bu gün keçirilən valyuta hərracında dollar/manat məzənnəsi əvvəlki səviyyəsində qaldı

15:41 - 22.02.2018


22 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirdi.

“22 fevral tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə deyildi.

Daha öncə, fevralın 20-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7001 manat təşkil etmişdir.

 

Вся лента