Əli Nağıyev Moskvada 3 tərəfli görüş keçirib – Nələr müzakirə olunub?

16:27 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin  direktoru Aleksandr Bortnikovun dəvəti ilə Rusiyada rəsmi səfərdə olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

Səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib.

Görüşdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

 

Вся лента