“SOCAR Capital” və “ASAN kadr”–ın təlim proqramı başa çatıb

22.02.2018,17:25


“SOCAR Capital” şirkəti və “ASAN Konüllülər Məktəbi”-nin “ASAN Kadr” Karyera mərkəzinin birgə təşkilatçılığı ilə 19, 20 və 22 fevral tarixlərində keçirilən Maliyyə bazarlarında ən son trendlər adlı proqram başa çatıb.

Proqram çərçivəsində SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan, “SOCAR Capital” şirkətinin əməkdaşları Elxan Həsənov və Turan Talıbova  tərəfindən ASAN Xidmət mərkəzinin könüllülərinə “Qlobal maliyyə bazarları”,  “Şirkətin maliyyə mənbələri və onların idarə olunması” və “Sürətlə inkişaf edən dünyamızda karyera imkanları” adlı mövzularda təlimlər keçilib.

İştirak edən könüllülər tərəfindən təlimçilərə maliyyə bazaraları, investisiya alətləri, kənd təsərrüfatı və digər biznes sahələrinə investisiya etməyin yolları, maliyyə sahəsində karyera qurmaq üçün atılacaq ilkin addımlar və digər mövzular haqqında suallar ünvanlanıb.

Təlim başa çatdıqdan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev çıxış edərək, əməyi keçən hər kəsə təşəkkür etdi və bildirdi ki, SOCAR və “SOCAR Capital” ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox uğurlu layihələr həyata keçirilib, hansı ki, bu gün yekunlaşan proqram da onlardan biridir.

Təlim proqramında iştirak edən könüllülərə “SOCAR Capital” şirkəti və “ASAN Konüllülər Məktəbi”nin “ASAN Kadr” Karyera mərkəzi tərəfindən sertifikatlar təqdim edilib və birlikdə xatirə şəkli çəkilib.

 

 

Ключевые слова: SOCAR Capital ASAN