Ödənilən kompensasiya 600 milyon manatı keçib

11:52 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 178 əmanətçiyə 616 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 30-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 234,94 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4592 əmanətçiyə 109,39 milyon manat, "NBC Bank" üzrə isə 4152 əmanətçiyə 125,54 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən dekabrın 30-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 381,18 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5742 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,41 milyon manat, "Ata Bank" üzrə 9692 əmanətçiyə isə 241,727 milyon manat təşkil edib.

 

Вся лента