Azərbaycanın Nazirlər Kabineti icbari tibbi sığorta üzrə pilot layihəni məqbul hesab edir

11:37 - 23.02.2018


23 fevral, Fineko/abc.az. Baş nazir Artur Rəsizadənin sədrliyi ilə Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyət planına  həsr olunmuş iclas  keçirilib.

Nazirlər Kabinetindən xəbər verildiyi kimi, iclas zamanı, “Azərkosmos” ASC-in inkişaf istiqamətləri və icbari tibbi sığorta üzrə pilot layihənin icrasının yekunları haqqında  müvafiq qurumların rəhbərlərinin hesabatları dinlənilmişdir.

“İclasın yekununda,  peyk kommunikasiya xidmətlərinin inkişafı üzrə işlər, həmçinin,icbari tibbi sığorta üzrə pilot layihə  məqbul hesab edilmişdir”, - məlumatda belə deyilir.

İclas əsnasında həmçinin “İcra intizamı haqqında” və Nazirlər Kabinetinin 2018-ci il üçün dəqiqləşdirilmiş iş planı haqqında qərarlar qəbul edilmişdir.

 

Вся лента