Mustafa Abbasbəyli artıq Caspian European Club-un baş icraçı direktoru deyil

23.02.2018,14:42


Qərar bu vaxta kimi Caspian European Club-un baş icraçı direktoru vəzifəsini icra edən Mustafa Abbasbəylinin bundan belə Sığortaçılar Assosiasiyasının Sədri olacağı ilə bağlıdır. 

2018-ci il fevralın 8-də baş icraçı direktor vəzifəsinə Telman Əliyev təyin olunub. O, eyni zamanda Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sədrinin birinci müavini vəzifəsini də qoruyub saxlayıb.

Caspian European Club, Caspian American Club və Сaspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. 

2018-ci il fevralın 14-dən Caspian Asian Club-un baş icraçı direktoru Samir Hacıyevdir. Əliyev Telman Eldar oğlu 1976-cı il avqustun 3-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1991-ci ildə “Pionerskya pravda”, “Komsomolskaya pravda” və “Molodyoj Azerbaydjana” qəzetlərində ştatdankənar müxbir kimi başlayıb. İlk dəfə 1988-ci ildə “Pionerskaya pravda” qəzetində çap olunub.

1991-ci ilin dekabrında bir qrup jurnalist və sinif yoldaşları ilə ilə birgə “Molodyoj Azerbaydjana” qəzetinin bazasında DİNA (DİNA İnternational) adlı sosial araşdırmalar və ictimai rəyin tədqiqi agentliyi yaradıb.

1999-cu ildə rebrendinq və təsisçilər heyətində aparılan dəyişikliklər nəticəsində şirkətin adı dəyişdirilərək Caspian Energy Marketing qoyulub.

1993-cü ildən Xəzər-Qara dəniz və Baltik regionlarındakı iqtisadi proseslərin işıqlandırılması və irəli çəkilməsi ilə məşğul olan bir sıra elektron və çap kütləvi informasiya vasitələrinin, internet portallarının, marketinq və konsaltinq şirkətlərinin yaradılmasının təşəbbüşçüsü, rəhbəri və məsləhətçisidir.

1998-ci ildə Hərbi Akademiyanı bitirib.

1999-2006-cı illərdə Caspian İnternational Media Group-un prezidenti olub. 2006-cı ildə Caspian Energy International Media Group-un baş məsləhətçi vəzifəsində çalışıb. 2011-ci il mayında Caspian Energy International Media Group-un direktorlar şurasının sədri seçilib.

2001-ci ildən Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Aİ dövlətlərində marketinq, brend-menecmentlik, PR və hökumətlə əlaqələr üzrə neft şirkətlərinin, maliyyə və sənaye qruplarının konsultantıdır.

2003-cü ilədək fəal kommersiya fəaliyyəti ilə məşğul olub.

2008-ci ildən “Nadir qabiliyyətlərin tətqiqi və inkişafı” mərkəzi çərçivəsində idmançıların beynəlxalq yarışlardakı nəticələrinin yaxşılaşdırılması məqsədilə ictimai əsaslarla Azərbaycan, Qazaxıstan və Gürcüstanın idman federasiyaları ilə psixoloq və krizis-menecer qismində əməkdaşlıq edir.

2002-2013-cü illərdə Caspian Eurpean Club-un prezidenti və baş icraçı direktoru olub.

2013-cü il aprelin 5-dən Caspian European Club-un baş icraçı direktorudur.

2015-ci il dekabrın 16-dan Caspian European Club-un Sədrin birinci müavini və baş icraçı direktorudur.

2016-cı il dekbarın 24-dən Caspian American Club-un Sədrin birinci müavini və baş icraçı direktorudur.

2017-ci il noyabrın 15-dən Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavinidir.

Ailəlidir, dörd övladı var.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarıdır.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. şdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian Asian Club, Caspian American Forum, CEO, CEO Breakfast, CEO Brunch, CEO Lunch, CEO Party, CEO Cocktail, Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy Marketing, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Groupa məxsusdurlar.

Ключевые слова: Abbasbəyli Caspian European Club