YDQQ “Abşeron” yatağında qazıntı əməliyyatlarının aparılması üçün dənizə yola salındı

15:53 - 23.02.2018


23 fevral, Fineko/abc.az. Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu bu gün “Caspian Drilling Company” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından dənizə yola salındı.

“Caspian Drilling Company” şirkətindən verilən məlumata əsasən, YDQQ, “Abşeron”  yatağında qazıntı işlərinin aparılması üçün göndərilib.

“Dünyada ilk və yeganə 1400 atmosfer təzyiqinə davamlı, altıncı nəsil Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun inşaatı 2017-ci ilin may ayında başa çatmışdır. Azərbaycan dövlətinə məxsus Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun tikintisi “Caspian Drilling Company” şirkəti tərəfindən həyata keçirilmişdir və bundan sonra onun idarəçiliyi altında fəaliyyət göstərəcək”, - məlumatda belə bildirilir.

Heydər Əliyev adına YDQQ, Abşeron qaz yatağında ABX-2 quyusunda işlərini bitirdikdən sonra, ABD001 quyusunun qazılmasına başlayacaq ki, bunun da nəticəsində “Abşeron” yatağından ilk qaz hasil olunacaq.

Abşeron dəniz blokundan kəşfiyyat, hasilat və paylaşdırma haqqında razılaşma, 27 fevral 2009-cu il tarixində imzalanmışdır. Hazırda layihənin iştirakçıları ARDNŞ (50%) və “TOTAL” şirkətidir (50% - operator).

 


Вся лента