Yüksək ixtisaslı həkimlər əhalinin müayinəsi məqsədi ilə bölgələrə göndərilir

15:55 - 23.02.2018


23 fevral, Fineko/abc.az. Yüksək ixtisaslı həkimlər əhalinin müayinəsi məqsədi ilə Azərbaycanın bölgələrinə göndərilir.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, səhiyyə nazirinin müavini Nigar Əliyeva müvafiq sərəncam imzalamışdır.

Sərəncama əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksək ixtisaslı mütəxəssislər regionlara ezam olunurlar.

Mütəxəssislərdən ibarət  briqadalar artıq bölgələrdə əhaliyə xidmət göstərməyə başlayıblar.

Səhiyyə Nazirliyi ölkə əhalisini, yaşayış yeri üzrə tibbi müəssisəyə vaxtında müraciət edərək, profilaktik tibbi müayinədən keçməyə çağırır.

 

Вся лента