“Azərsu”: Babək prospektindəki su xəttinin yenidən qurulması 2035-ci ilə qədər perspektiv inkişafı ilə nəzərdə tutulub

17:45 - 23.02.2018


23 fevral, Fineko/abc.az. “Azərsu” ASC Bakıda fasiləsiz su təchizatı üzrə layihələrin həyata keçirilməsini davam etdirir.

“Azersu” ASC-in məlumatında deyildiyi kimi, Babək prospektində yol infrastrukturunun yenilənməsi  üzrə işlər çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri də yenilənir.

“Babək prospektində icra olunan layihə  2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı,  kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, layihə çərçivəsində həmçinin köhnə qəza boruları da dəyişdiriləcək. Yeni   sistem Bakı buxtasının şimal və şərq hissəsində böyük bir ərazini, eyni zamanda “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

 

Вся лента