Bakıda 16 paytaxt marşrutunun trayektoriyası dəyişib

17:52 - 23.02.2018


23 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının  Xətai rayonu M.Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən  Babək prospektinədək olan hissəsindən keçən  marşrutların trayektoriyasının dəyişilməsi haqqında xəbərdarlıq edir.

Agentliyin məlumatında deyilir ki, 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 saylı avtobuslar yeni sxem ilə fevralın 24-dən hərəkət etməyə başlayacaq.

Məlumatda deyilir: “Avtobusların hərəkət sxemi, bu sahədə keçirilən təmir işləri ilə əlaqədar dəyişdirilmişdir”.

 

Вся лента