Dövlət əhəmiyyətli yolda tikinti işləri yekunlaşıb - Foto

17:23 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

AAYDA-dan ABC.AZ-a daxil olan məlumata görə, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir.

Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən inşa edilib.

Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.

Layihəyə uyğun olaraq yolboyu 7 nöqtədə yeraltı keçid tikilib, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağı quraşdırılıb.

 


Вся лента