TANAP-la indiyədək bu qədər kubmetr qaz nəql olunub

15:01 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Azərbaycandan Türkiyəyə Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə kəmər işə salınandan indiyədək 8,38 mlrd. kubmetr qaz çatdırılıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, ilk çatdırılma ilində (30 iyun 2018 – 30 iyun 2019) kəmər vasitəsilə Türkiyə üçün 2 mlrd. kubmetr, ikinci il (30 iyun 2019 – 30 iyun 2020) 4 mlrd. kubmetr qaz nəql edilib, üçüncü ildə isə (30 iyun 2020 – 30 iyun 2021) bu göstərici 6 mlrd. kubmetrə çatacaq.

Gələcək illərdə bu kəmərlə Türkiyəyə ildə 6 mlrd.  kubmetr həcmində Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz"  yatağında hasil edilən qazın nəqli davam etdiriləcək.

Beləliklə, bu ilin iyunun 30-na bu göstərici 12 mlrd. kubmetrə çatacaq.

TANAP-ın  bu günə olan ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir. Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

 

Вся лента