Türkiyə iqtisadiyyatı 3,5% artacaq – Proqnoz

15:16 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiyanın başlaması və karantin məhdudiyyətlərinin yumşaldılması Türkiyə iqtisadiyyatının artım tempini sürətləndirəcək.

ABC.AZ-ın məlumatına görə, bu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yeni proqnozunda öz əksini tapıb.

Proqnozda bunun ilin ikinci yarısına yaxın baş verəcəyi qeyd olunub.

"Fitch Ratings" 2021-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını proqnozlaşdırır. Reytinq agentliyində  pandemiya ilinin nəticələrinə görə, ÜDM-in artım tempinin təxminən 0,2% olacağını düşünürlər.

Müəllif: Elmir Murad

 

Вся лента