Naxçıvana qaz belə verilə bilər – Detallar

15:35 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. TANAP üzərindən Türkiyənin qaz tələbi altı milyard kubmetrdir.

ABC.AZ-ın məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol mətbuat konfransında deyib.

O qeyd edib ki, qarşıdakı 15 il ərzində də bu miqdarda qaz verilməsi planlaşdırılır.

S.Düzyol qeyd edib ki, TANAP üzərindən Naxçıvana qaz verilməsi texniki olaraq mümkündür. Lakin o burada bir məsələni xüsusi vurğulayıb.

"Naxçıvana qaz verilməsi BOTAŞ şəbəkəsi üzərindən 500 milyon kubmetr həcmində həyata keçiriləcək. TANAP-ın hazırda belə bir bağlantısı yoxdur.

Gələcəkdə tələb olarsa, həyata keçirilə bilər” deyə S. Düzyol qeyd edib.

 

Вся лента