Bir ayda Azərbaycandan Gürcüstana 5,8 mln. dollar pul köçürülüb - Hesabat

14:49 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən il Azərbaycandan Gürcüstana pul köçürmələri artıb.

ABC.AZ Gürcüstan Milli Bankının hesabatına istinadən xəbər verir ki, təkcə ötən ilin dekabr ayında Azərbaycandan Gürcüstana 5,8 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib.

Bu, hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 2,9%-nə bərabərdir. 2020-ci ilin dekabr ayında Gürcüstandan Azərbaycana pul köçürmələri 1,7 mln. dollar təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента