Bizdə birlik kifayət qədər yüksək səviyyədə idi – Prezident

16:08 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Cıdır düzündə çıxışında deyib.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib:

"Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü".

 

Вся лента