“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ildə 27 aztəminatlı ailəyə sahibkarlıq fəaliyyətində dəstək oldu - Foto

16:15 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Yapı Kredi Bank Azərbaycan” QSC korporativ sosial məsuliyyət layihələrinə önəm verərək aztəminatlı ailələrin dayanıqlı gəlir yerini temin etməsinə dəstək olmağa çalışır.

 

Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq, aztəminatlı ailələrin təqdim etdiyi biznes təşəbbüslərinin reallaşmasına töhvə vermişdir. Bank ötən ilin sonunda sonuncu 5 ailəyə biznes fəaliyyəti üçün lazımlı avadalıqlar verərək, ili 27 ailəyə dəstək ilə başa vurmuşdur.

Belə ki, broyler sexi qurmaq üçün hazırladığı biznes planına uyğun olaraq bir neçə aztəminatlı ailəyə lazım olan avadanlıqlar bank tərəfindən təqdim edilmişdir. Qənbərova Fidan,  Kərimov Anar və  Adilov Camal artıq broyler sahəsində sahibkarlıq fəaliyyətinə başlamışdır.

 

Qasimova Resmiyəyə dərzilik sahəsində sahib olduğu təcrübə və bacarığını tətbiq edərək kiçik dərzi atelyesini qurması üçün lazım olan bütün avadanlıqlar bank tərəfindən təmin edilmişdir.

 

Un məmulatları sexi qurmaq istəyən Mustafayeva Şəlalə və Adıgözəlova Salatın xanım bu sahədə sahibkarlıq fəaliyyəti göstərməsi üçün texniki təchizata ehtiyacı olduğunu bildirmişdir.  “Yapı Kredi Bank Azərbaycan” QSC lazım olan bütün avadanlıqları alaraq həmin şəxslərə təqdim etmişdir.

Xatırladaq ki, Yapı Kredi Bank Azərbaycan”  QSC ötən ilin may ayından etibarən 27 aztəminatlı ailənin öz işini qurması üçün bütün lazımlı avadanlıqları təmin etmişdir.

 

Bankın məhsul və xidmətləri barədə məlumatı bankın  filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


Вся лента