Şuşanın işıqlandırılması və şəhərin inkişafı üçün yeni xətt mütləq inşa edilməli idi – Prezident

17:24 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşaya səfər ediblər.

ABC.AZ-ın məlumatına görə, səfər zamanı dövlət başçısı Füzulidən Şuşaya çəkilən elektrik xəttindən də danışıb. Prezident bildirib ki, Şuşanın işıqlandırılması və ümumiyyətlə, şəhərin inkişafı üçün yeni xətt mütləq inşa edilməli idi: “Qısa zaman ərzində ağır relyefi olan ərazidə bu dirəklər qoyulub. Bu onu göstərir ki, yaxın zamanda Şuşaya həyat qayıdacaq”.

 

Вся лента