Xüsusi karantinin müddəti yenə uzadıldı - Qərar

11:07 - 16.01.2021


16 yanvar, Fineko/abc.az.  Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.  Məlumatda eyd olunub ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.  

Müəllif: Elmir Murad

Вся лента