ASK sahibkarları taxta evlərin tikintisi üzrə Beynəlxalq forumda iştirak etməyə dəvət edir

16:07 - 26.02.2018


26 fevral, Fineko/abc.az. 1-2 mart tarixlərində  Moskvada taxta evlərin tikintisi üzrə 2-ci Beynəlxalq İqtisadi Forum keçiriləcək.

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) verilən məlumatda deyilir ki,  iştirak etmək istəyən yerli sahibkarlar, növbəti linkdə qeydiyyatdan keçə bilərlər: http://www.woodenhouse-expo.ru/events/6500/

Taxta  evlərin tikintisi üzrə Beynəlxalq forum, “Crocus Expo”  Beynəlxalq Sərgi Mərkəzində, 1-4 mart 2018-ci il tarixlərində “Taxta Ev. Yaz”  XV Beynəlxalq sərgi çərçivəsində keçiriləcək.

Tədbirin təşkilatçısı qismində  “Gözəl evlər” media sərgi holdinqi və  Taxta evlər İnşaatçıları Assosiasiyası (“ЭКОСОЮЗ”)  çıxış edir. Tərəfdaşlar:  “İnşaat Sənayesi İştirakçıları Milli Birliyi”  qeyri-kommersiya tərəfdaşlığı (“НОСИ”),  Rusiya Federasiyasının İnşaat və Kommunal Xidmətlər Nazirliyi, Rusiya Fedarasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Federasiyası Sənaye və Ticarət Palatası, Moskva Ticarət-Sənaye Palatası, Memarlar İttifaqı, Moskva Memarları İttifaqı və Az Mərtəbəli Və Kottec Tikintisi üzrə Milli Agentlikdir.

 

 

Вся лента