AMB-nin Banklararası Kart Mərkəzinin informasiya təhlükəsizliyi beynəlxalq standartlara cavab verir

17:30 - 26.02.2018


26 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankın Banklararası Kart Mərkəzi beynəlxalq standartlara uyğundur.

AMB-dan verilən məlumata əsasən, mərkəzin, kart məlumatlarının təhlükəsizliyi tələblərinə uyğunluğu üzrə audit  keçirilmişdir (PCI DSS – “Payment Card Industry Data Security Standards”).

“Audit yoxlamaları nəticəsində BKM infrastrukturunun PCI-DSS v3.2 standartlarının şərtlərinə tam cavab verdiyi təsdiq edilmişdir”, - məlumatda belə deyilir.

 

Вся лента