Azərbaycan Mərkəzi Bankı növbəti depozit hərracını təyin edib

13.10.2017,11:09


Azərbaycan Mərkəzi Bankı növbəti depozit hərracını oktyabr ayının 16-na təyin edib.

AMB-nın məlumatında deyildiyi kimi, hərrac vasitəsilə 10,01-14,99% dərəcə üzrə  200 milyon manat cəlb etmək planlaşdırılır.
“Vəsaitlər 14 günə cəlb ediləcək”, - AMB-nın məlumatında belə deyilmişdir.

AMB-nın depozit hərracı Bloomberg-in ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

Ключевые слова: depozit hərracını