330x110
 

Bu il azad edilmiş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat ayrılacaq – Nazir

21.01.2021,11:28


21 yanvar, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, nazir müsahibə zananı bir sıra məqamlara toxunub.

O, Azərbaycanın vəzifəsi 2030-cu ilədək yeni 10 illik inkişaf planına uyğun olaraq ölkənin ÜDM-sini iki qat artıracağını qeyd edib.

"Bu isə orta illik iqtisadi artım tempi 7 faizə bərabər olmasını tələb edir. Bu il Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayrılacaq. Koronavirusun yayılması və Azərbaycanın daha əvvəl işğal altında olan əraziləri üzərində nəzarəti bərpa etdiyi Ermənistanla müharibə nəticəsində yaranan tənəzzüldən sonra bu il Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir" deyə nazir bildirib.

Müəllif: Elmir Murad