Strateji Yol Xəritəsinin icrası çərçivəsində Mərkəzi Bank maliyyə savadlılığı tədbirlərini davam etdirir

10:40 - 27.02.2018


Azərbaycan Respublikası Mərkəzi Bankı Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə birlikdə “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı 5-ci Strateji hədəfinin icrası ilə əlaqədar 2017/2018-ci tədris ilinin I yarımilliyində Bakı şəhərinin ümumi təhsil müəssisələrində ümumilikdə 200 nəfər şagird və müəllim heyətini əhatə edən 10 seminar keçirmişdir.

Seminarların məqsədi hədəf qruplarını maliyyə savadlılığının ümumi anlayışları və Mərkəzi Bankın fəaliyyət istiqamətləri ilə tanış etmək, həmçinin onlarda yığım, qənaət, pul və pul münasibətləri haqqında ilkin fikirlər formalaşdırmaqdan ibarətdir.

Seminarlar zamanı iştirakçılara Maliyyə Savadlılığı portalından (bizimpullar.az) müxtəlif videoçarxlar nümayiş etdirilmiş və portalın tədris prosesində istifadəsi üçün tövsiyələr verilmişdir. Seminarların sonunda iştirakçıların ünvanladığı suallar cavablandırılmış, biliklərin möhkəmləndirilməsi məqsədilə öyrədici materiallar paylanılmışdır.

Qeyd edək ki, Mərkəzi Bank “Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar cari təşəbbüslərini genişləndirərək, əsas hədəf qruplarından biri olan ümumtəhsil müəssisələrinin şagird və müəllim heyətinə istiqamətlənmiş tədbirləri bundan sonra da davam etdirəcəkdir.

 

 

Вся лента