330x110
 

Məktəblər fevralın 1-dən açıla bilər – Detallar

21.01.2021,15:00


21 yanvar, Fineko/abc.az. Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.

ABC.AZ-ın Report-a istinadən məlumata görə, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.

Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.