Azərbaycanın “AGBank” bankı nizamnamə kapitalını artırır

10:15 - 27.02.2018


27 fevral,  Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “AGBank” kommersiya bankı, fevralın 26-dan səhm emissiyasına abunə yazılışını başladı.

Bankın məlumatında deyilir ki,  həm yerli rezidentlərin, həm də xarici investorların iştirak edə biləcəyi abunə yazılışı 26 may 2018-ci il tarixində yekunlaşır.

“Fevralın 14-də Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində səhmlərin emissiya prospektini qeydiyyata almışdır. Cəmi 3,5 milyon  səhm qeydiyyata alınıb”, - məlumatda bildirilir.

“AGBank” 1992-ci ildən fəaliyyət göstərir, bankın nizamnamə kapitalı 102,2 milyon manat təşkil edir.

 

 

Вся лента