“Gulf Air” aprel ayından Bakıya uçuşlar həyata keçirəcək

10:50 - 27.02.2018


27 fevral, Fineko/abc.az. Bəhreyn krallığının “Gulf Air” qabaqcıl aviaşirkəti  Azərbaycana  birbaşa uçuşlara başlamağı planlaşdırır.

Şirkətin məlumatında deyilir ki, aprel ayından etibarən “Gulf Air” 8 yeni istiqamətə, o cümlədən,  Azərbaycan, Mərakeş, Hindistan, Səudiyyə Ərəbistanı və Misirə  uçuşlar təşkil edəcək.

“Bakıya planlaşdırılan uçuşun müddəti 4 saat 25 dəqiqədir”, - məlumatda belə deyilir.

 

Вся лента